BAKI, 25 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə sülh razılaşmasının dekabr-yanvar aylarında əldə olunmasına dair açıqlamasına gülərək reaksiya verib.
Teleqraf xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.
“Kimin sözüdür bu? O, mənim nə etməyimi istəyir?” – Tramp nəşrin müvafiq sualına cavabında deyib.
Nəşrin yazdığına görə, ABŞ Prezidenti bu zaman gülüb və kabinetdə olan köməkçisi ilə baxışıb.
Tramp Ukrayna münaqişəsinin nizamlanması üçün konkret müddət müəyyənləşdirmədiyini vurğulayıb.
“Mən sadəcə münaqişənin başa çatmasını istəyirəm. Bir gün buna nail olmaq istərdim, amma tanqo rəqsi üçün iki nəfər lazımdır. Görək, nə baş verəcək”, – Ağ Ev rəhbəri bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin noyabrın 12-də Kremldə ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşündə Ukraynada sülhün əbədi olmasını istədiyini bildirmişdi.