BAKI, 22 mart. TELEQRAF

İranın Hava Hücumundan Müdafiə (HHM) Qərargahı ölkənin cənub hava məkanında hərbi qırıcını vurub.

Teleqraf xəbər verir ki, bu barədə İran Ordusunun İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

Bildirilib ki, bir neçə saat əvvəl ölkənin cənub sahillərində, Hörmüz adası yaxınlığında "F-15" tipli döyüş təyyarəsi aşkarlanıb. Hava obyekti HHM qüvvələri tərəfindən izlənməyə götürülüb.

İran tərəfinin açıqlamasında qırıcının "yer-hava" tipli raket sistemləri vasitəsilə hədəf alındığı qeyd olunub. Hadisədən dərhal sonra hərbi təyyarənin aqibəti və düşdüyü dəqiq koordinatların müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

Hazırda təyyarənin hansı tərəfə məxsus olduğu və insidentin təfərrüatları ilə bağlı rəsmi məlumat yoxdur.