BAKI, 21 mart. TELEQRAF
İranın paytaxtı Tehranın şərq hissəsində ən azı üç güclü partlayış səsi eşidilib.
Teleqraf xəbər verir ki, gecə saatlarından səhərədək şəhərin müxtəlif bölgələrində, o cümlədən Ekbatan və Olimpiya kəndi rayonlarında ardıcıl partlayışlar qeydə alınıb.
Bundan əvvəl İsrail tərəfi Tehrana bir neçə zərbə endirdiyini rəsmən açıqlayıb. Hücumlar nəticəsində insan tələfatı barədə hələlik rəsmi məlumat verilməyib.
Hazırda hadisə yerlərində dağıntıların miqyası araşdırılır.