BAKI, 15 fevral. TELEQRAF

Suriya hökumət qüvvələri ölkənin şimal-şərqində yerləşən strateji əhəmiyyətli Şaddadi hərbi bazasına nəzarəti bərpa edib.

Teleqraf xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, bazanın Dəməşqin nəzarətinə keçməsi ABŞ ilə aparılan koordinasiya çərçivəsində baş tutub.

Bu hadisə ABŞ hərbçilərinin strateji Əl-Tanf bazasından çəkilməsindən sonra baş verən proseslərin davamıdır. Məlumata görə, Vaşinqtonun vasitəçiliyi ilə tərəflər arasında mühüm razılaşma əldə olunub. Razılaşmaya əsasən, kürdlərin rəhbərlik etdiyi "Suriya Demokratik Qüvvələri"nin (SDQ) ölkənin mərkəzi dövlət institutlarına inteqrasiya edilməsi nəzərdə tutulur.