BAKI, 7 sentyabr. TELEQRAF
İqlim dəyişikliyi ilə mübarizə üçün qadınları, yerli hökümət nümayəndələrini, özəl sektoru, bütün tərəfləri bir araya gətirməliyik.
Teleqraf xəbər verir ki, bunu COP30-un icraçı direktoru Ana Toni Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransındakı çıxışında deyib.
Onun sözlərinə görə, bu, tamamilə həyati əhəmiyyət daşıyır:
"İnsanlar iqlim dəyişikliyinin sadəcə ətraf mühitlə bağlı məsələ olmadığını başa düşürlər. Bu həm də nəqliyyat, səhiyyə ilə bağlı bir məsələdir. İnsanlar həqiqətən də buna maraq göstərirlər".
O, Çində, Nepalda baş verənlərin dərin hüzün yaratdığını vurğulayıb.
"Dəyişiklik etmək bizim əlimizdədir, gücümüz, imkanlarımız var. Həmrəyliyimizi göstərməyə hazırıq", - o bildirib.