BAKI, 7 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Kanada Baş naziri Mark Karni ilə xokkey oynadığı və onu “qubernator” adlandırdığı foto paylaşıb.
Teleqraf xəbər verir ki, bu barədə o, “Truth Social”da paylaşım edib.
Fotoda Karni buzun üzərində oturub, Tramp isə onun yanında dayanaraq deyir: “Ayağa qalx, qubernator”.
Donald Tramp bundan əvvəl də dəfələrlə Kanadanın “ABŞ-nin 51-ci ştatı”na çevrilməli olduğunu bəyan edib. Bundan əlavə, o, Kanadada bir çox insanın ölkələrinin bu statusla ABŞ-yə qoşulmasının tərəfdarı olduğunu düşündüyünü bildirib. Karni də, hökumətin əvvəlki başçısı Castin Trüdo kimi, Kanadanın heç vaxt və heç bir formada ABŞ-nin tərkibinə daxil olmayacağını açıqlayıb.