BAKI, 7 sentyabr. TELEQRAF
“Düşünürəm ki, belə İqlim Həftəsinin keçirilməsi çox gözəl təşəbbüsdür. Bu, Birləşmiş Millətlər Təşkilatı üçün çox vacibdir və biz bütün əlaqəli tərəflərlə əməkdaşlıq etməkdən məmnunuq. Belə möhtəşəm tədbirin təşviqində dəstəyinə görə Azərbaycan hökumətinə xüsusi təşəkkürümü bildirirəm”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanda BMT-nin rezident əlaqələndiricisi Dmitro Şlapaçenko “Bakı İqlim Həftəsi 2026" da çıxışı zamanı bildirib.
O qeyd edib ki, COP29-un konkret nailiyyət hesab edir.
“Buna görə də 82 ölkənin, eləcə də təxminən 1 800 şirkət və təşkilatın bu təşəbbüsə qoşulmasından çox məmnunam. Çox vacib məqam ondan ibarətdir ki, bu müddət ərzində BMT-nin Türkmənistandakı ölkə komandası ilə Azərbaycan hökuməti arasında 2026–2030-cu illər üçün əməkdaşlıq çərçivəsi imzalanıb. COP29 və onun yaratdığı təsir nəticəsində bu çərçivədə iqlimlə bağlı çoxsaylı konkret fəaliyyət istiqamətləri yer alıb. Buna görə də qarşıdakı beş il ərzində bu istiqamətləri həyata keçirməyi səbirsizliklə gözləyirik.
Bu, bizim üçün çox mühüm məsələdir.
Onu da qeyd etmək istəyirəm ki, iqlimlə bağlı fəaliyyətlərə investisiyaların həcmi artıq beş dəfə artıb. Bu əməkdaşlığın belə konkret nəticə verməsindən çox məmnunuq”.