BAKI, 7 sentyabr. TELEQRAF
Avropa Axal-Təkə Atçılıq Assosiasiyası Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova “Atçılığın inkişafındakı əhəmiyyətli töhfəsinə görə” fəxri mükafatı təqdim edib.
Teleqraf xəbər verir ki, Türkmənistan liderini kubok da verilib.
Mükafatlandırma mərasimi Kronenberqdə Beynəlxalq Axal-Təkə Atçılıq Assosiasiyasının tədbiri zamanı baş tutub.
Qurbanqulu Berdiməhəmmədov bu şərəfə görə minnətdarlığını bildirib və qeyd edib ki, bu mükafat türkmən xalqına və Axal-Təkə atının tarixi vətəni olan Türkmənistana hörmət əlaməti kimi qəbul edilir. O vurğulayıb ki, Axal-Təkə cinsinin tarixi əsrlər boyu türkmən xalqının tarixi ilə sıx bağlıdır.
Berdiməhəmmədovun sözlərinə görə, Axal-Təkə atının irsini qorumaq və cinsi daha da inkişaf etdirmək birgə səylər tələb edir: “Bu məqsədlərə çatmaq üçün lazımi şərait yaradılıb”.
Türkmənistan lideri həmçinin Axal-Təkə atçılığında beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini də bildirib.