BAKI, 7 sentyabr. TELEQRAF
İqlim dəyişikliyi ilə bağlı həll yollarını sürətləndirmək planları çox vacibdir.
Teleqraf xəbər verir ki, bunu COP31 CHLC-nin baş məsləhətçisi Kristian Mensah Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransında panel sessiyada çıxışında deyib.
O bildirib ki, insanları mərkəzə qoymaq və onlarla yuxarıdan aşağı yox, birbaşa dialoqda danışmaq lazımdır.
"Biz çox parçalanmış, pərakəndə bir dünyada yaşayırıq. Buna görə istəklərimizə çatmaq çətin görünə bilər. Amma biz çətinlikdən qaçmalı deyilik, qətiyyətli davranıb onun öhdəsindən gəlməliyik. Çox iş görürük, lakin gördüyümüz işləri sürətləndirməliyik. Çağırışlarla üzləşməliyik.
Bizim başqa bir Nepalımız yoxdur. Nepalda baş verənləri bilirik, lakin bu, bütün dünyada baş verir. Xüsusilə inkişaf etmiş ölkələrdə hər şeyin qaydasında işləməsi gözlənildiyi halda, belə hallar baş verə bilir", - o vurğulayıb.