BAKI, 7 sentyabr. TELEQRAF
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Perm vilayətinə endirdiyi zərbələr nəticəsində dağıntılar və itkilər olub.
Teleqraf xəbər verir ki, bu barədə regionun qubernatoru Dmitri Maxonin məlumat verib.
O bildirib ki, yaşayış binasına ziyan dəyib, 1 nəfər həyatını itirib, 4-ü isə yaralanıb.
Maxonin deyib ki, ümumilikdə region üzərində Ukrayna ordusuna məxsus 27 dron məhv edilib.
Qeyd edək ki, Perm vilayəti Ukraynanın sərhədindən 1000 kilometr məsafədə yerləşir.