BAKI, 7 sentyabr. TELEQRAF
“İran-Cənubi Koreya münasibətlərinin 64 ildən artıq tarixi var və bu münasibətlər həmişə qarşılıqlı hörmətə əsaslanıb”.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Cənubi Koreyanın Hörmüz boğazı və Bəsrə körfəzində mümkün hərbi iştirakı barədə məlumatı şərh edərkən deyib.
Diplomat bildirib ki, İran Cənubi Koreya ilə dostluq münasibətlərinə böyük əhəmiyyət versə də, ABŞ ilə qarşıdurmanın davam etdiyi vaxtda digər tərəflərin körfəz və Hörmüz boğazında istənilən əməliyyat xarakterli iştirakı və ya hərbi mövcudluğu Amerikaya birbaşa dəstək kimi qiymətləndiriləcək və ciddi nəticələrə səbəb olacaq.
İran XİN-in sözçüsü əlavə edib: “Heç bir suveren və məsuliyyətli dövlət ABŞ-nin İran xalqına qarşı təcavüzkar fəaliyyətlərdə və dəhşətli cinayətlərdə iştirak üçün göstərdiyi təzyiq və şantaja boyun əyməz”.