BAKI, 7 sentyabr. TELEQRAF
Azərbaycanın təşəbbüsü ilə yaradılan “Bakı Qlobal İqlim Şəffaflıq Platforması” hesabatların hazırlanmasında çətinlik çəkən dövlətlərə təlimlər keçirir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın fəaliyyəti nəticəsində bütün tərəf dövlətlər şəffaflıq hesabatlarını təqdim edib:
“Hesabatların təqdim edilməsindən iki il keçib və növbəti hesabatların hazırlanması vaxtı çatıb”.
Y.Rəfiyev qeyd edib ki, Türkiyə tərəfi bu istiqamətdə fəaliyyət aparır.