BAKI, 7 sentyabr. TELEQRAF
İqlim dəyişikliyi, su stresi ölkə sərhədlərində bitmir, transsərhəd xarakter daşıyır.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransında panel sessiyada çıxışında deyib.
O bildirib ki, iqlim dəyişikliyi ilə bağlı ölkələrin çağırışları fərqlidir.
"Kiçik ada ölkələri üçün iqlim dəyişikliyi sağ qalma məsələsidir. Bəzi ölkələr üçün isə iqlim dəyişikliyi iqtisadiyyata təsir edir. Öncəliklə, dayanıqlığı təmin etməliyik. Dayanıqlılığı kökdən yaratmaq lazımdır. Su qıtlığı regional gərginliyə, ərzaq problemi, sosial bə iqtisadi bərbaərsizliyə gətirib çıxara bilər", - o əlavə edib.
M. Babayev vurğulayıb ki, problem sadəcə maliyyə məsələsi deyil:
"Maliyyə əlçatanlığının kimdə olması önəm daşıyır. Aşağı gəlirli ölkələrə düşən maliyyə bizi narahat etməlidir. İqlim maliyyələşdirməsi asan və əlçatan olmalıdır. Maliyyə lazım olan yerə çatmalıdır".