BAKI, 7 sentyabr. TELEQRAF

Gəncədə maşınla vurulan piyada ölüb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

"Hyundai" markalı minik maşını yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Elmira Səfərovanı vurub. Elmira Səfərova ağır vəziyyətdə Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.