BAKI, 15 iyun. TELEQRAF

İranın Təl-Əviv ətrafında yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 10-a çatıb.

Teleqraf xəbər verir ki, bu barədə İRNA agentliyi teleqram kanalında məlumat yayıb.

***

09:19

İranın Təl-Əviv ətrafında yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Teleqraf xəbər verir ki, bu barədə "Kanal 12" agentliyi məlumat yayıb.

***

07:27

İrandan endirilən raket zərbələri nəticəsində İsraildə 200-ə yaxın insan yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

“İrandan gecə atılan raket hücumları nəticəsində xəsarət alanların sayı 200-ə yaxın olub”, - xilasetmə xidmətlərinin nümayəndəsi bildirib.

Bundan əlavə, ölənlərin sayı 4 nəfərə çatıb. Xilasedicilər Bat Yamda dağıntılar altından səkkiz yaşlı qızın cəsədini çıxarıblar.

Bundan əvvəl İran Silahlı Qüvvələrinin İsrailin Rehovot şəhərində Chaim Weizmann Elmi-Tədqiqat İnstitutunun binasına raket zərbəsi endirdiyi bildirilib.

***

06.37

Hazırda İsrailin Bat Yamdakı yaşayış məntəqəsinə edilən hücumda itkin düşmüş 35 nəfərin olduğu bildirilir.

Teleqraf xəbər verir ki, məlumatı Shot telekanalı yayıb.

İranın İsrailə hücumları nəticəsində 24 saat ərzində ümumilikdə 11 nəfər ölüb, 350-dən çox insan yaralanıb.