BAKI, 10 sentyabr. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodrigeslə görüşə biləcəyini istisna etməyib.
Teleqraf xəbər verir ki, Rubio bunu Ekvadorun paytaxtı Kitoda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rodriges BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu-Yorka gələrsə, görüş baş tuta bilər.
“Ola bilsin ki, o, Nyu-Yorkda olacaq. Gəlib-gəlməyəcəyini bilmirəm. Amma gələrsə, yəqin ki, görüş olacaq”, – Rubio deyib.
ABŞ dövlət katibi hələlik belə bir görüşün planlaşdırılmadığını, lakin Rodrigeslə dəfələrlə danışdığını qeyd edib.
BMT Baş Assambleyası çərçivəsində dövlət və hökumət başçılarının, eləcə də xarici işlər nazirlərinin iştirakı ilə yüksək səviyyəli ümumi siyasi müzakirələr sentyabrın 22-26-da və 28-də Nyu-Yorkda keçiriləcək.