BAKI, 9 sentyabr. TELEQRAF

“İran Silahlı Qüvvələri ölkəyə qarşı yönəlik istənilən təhdidlə üzləşməyə hazırdır”.

Teleqraf xəbər verir ki, bunu İran Quru Qoşunları komandanı generalı Əli Cahanşahi ABŞ ilə davam edən savaş barədə danışarkən bildirib.

“Ali rəhbərin (Müctəba Xamenei) dediyi kimi, Silahlı Qüvvələr üçün hətta bir faizlik təhdid belə bütöv və 100 faizlik təhdiddir. Buna görə də istənilən vəziyyətdə bütün təhdidlərlə üzləşməyə tam hazırıq”, - Cahanşahi qeyd edib.