BAKI, 10 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner yenidən Ukraynaya səfər edəcəklər.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq media nümayəndələri ilə söhbətində bildirib.

“Stiv və Cared geri qayıdacaqlar. Uzun fasilələrin olmaması vacibdir”, – Zelenski deyib.

Ukrayna liderinin sözlərinə görə, ABŞ nümayəndə heyətinin əvvəlki Kiyev səfəri zamanı Ukraynanın xüsusi xidmət orqanları onların təhlükəsizliyini təmin etməyə hazır olub. Lakin amerikalı nümayəndələr Kiyevə qatarla getməyə üstünlük veriblər.

Zelenski həmçinin Uitkoff və Kuşnerin bundan əvvəl dəfələrlə Moskvaya səfər etdiklərini, Kiyevə isə ilk dəfə getdiklərini bildirib.