Əgər öz oynumuzu oynaya bilsək, “Mançester Yunayted”i təəccübləndirə bilərik.

Teleqraf xəbər verir ki, bu sözləri “Sabah” klubunun hücumçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının liqa mərhələsində İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcəkləri ilk tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Futbolçu komandasının ilk dəqiqələrdən öz oyununu sərgiləməyə çalışacağını bildirib: “Bilirsiniz ki, çətin olacaq. “Mançester Yunayted” yaxşı komandadır. Amma oyun 90 dəqiqə davam edir, görək nə olacaq”.