BAKI, 8 sentyabr. TELEQRAF

Husilərin “Ənsarallah” Hərəkatı qüvvələrinin Səudiyyə Ərəbistanının şəhərlərinə hücumu nəticəsində qadın və uşaqlar da daxil olmaqla, azı 73 nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü briqada generalı Türki əl-Maliki məlumat yayıb.

“Abha, Xamis-Muşayt, Cizan və Nəcran şəhərlərində mülki və iqtisadi obyektlərə hücum edilib. Nəticədə qadın və uşaqlar da daxil olmaqla, 73 mülki şəxs yaralanıb”, - o bildirib.

Maliki qeyd edib ki, koalisiya husilərə qarşı mübarizə üçün bütün zəruri tədbirləri görəcək.