BAKI, 10 sentyabr. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 20-si ərəfəsində ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın “La Stampa” qəzeti məlumat yayıb.
“Sentyabrın 20-si ərəfəsində Trampla görüşəcəyimə ümid edirəm. Amerika hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini qaldırmaq istəyirəm”, – Zelenski bildirib.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy də daha əvvəl Zelenski ilə Tramp arasında sentyabrda üzbəüz görüşün keçirilməsi ilə bağlı ilkin razılaşmanın olduğunu açıqlayıb.
Zelenski ilə Trampın əvvəlki görüşü iyulun sonunda Vaşinqtonda keçirilib. “Financial Times”ın məlumatına görə, həmin görüşdən sonra Tramp Kiyevə “Patriot” kompleksləri üçün yüzlərlə raket əleyhinə raketin verilməsindən imtina edib.