CƏBRAYIL, 10 sentyabr. TELEQRAF

Şükürbəyli kəndinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Şükürbəyli kəndinə çatan 25 ailəyə mənzillərin açarları təqdim olunub.

***

12:48

Şükürbəyliyə köçən ailələr mənzil başına çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saatlarında respublikanın müxtəlif ərazilərindən Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan 25 ailə, ümumilikdə 154 nəfər mənzil başına çatıb.

Köçürülən ailələrə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.

***

06:29

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Teleqraf xəbər verir ki, bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 145 nəfərdən ibarət 25 ailə köçürülüb.

Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.