BAKI, 7 sentyabr. TELEQRAF
İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah” terror təşkilatına məxsus bir neçə obyektə, o cümlədən silah anbarına zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücum “Hizbullah”ın “təhlükəsizlik zonası”nda İsrail qüvvələrinin mövqelərinə doğru iki dron atmasına cavab olaraq həyata keçirilib.
Hücumlar zamanı Kfar Rumman bölgəsində də bir qrup şəxs hədəfə alınıb. İsrail ordusu həmin şəxslərin silah daşıdığını və ölkənin hərbçiləri üçün təhlükə yaratdığını açıqlayıb.