BAKI, 10 sentyabr. TELEQRAF

İsveçrənin cənubundakı Pyotta kəndində yerləşən su elektrik stansiyasında (SES) baş verən partlayış nəticəsində iki işçi həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, ölənlərdən biri 55 yaşlı İsveçrə vətəndaşıdır. Digər şəxsin kimliyi hələ müəyyən edilməyib.

Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, partlayış Pyotta kəndindəki Ritom Su Elektrik Stansiyasında baş verib. Partlayışdan sonra binanın bir hissəsi uçub və bir neçə nəfər dağıntılar altında qalıb.