BAKI, 10 sentyabr. TELEQRAF
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ABŞ-yə səfər edə biləcəyini istisna etməyib.
Teleqraf xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Narışkin Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retklifin Moskvaya son səfərindən sonra ABŞ-a cavab səfərinin mümkünlüyü barədə suala “Tamamilə mümkündür” cavabını verib.
O, ABŞ-yə səfər dəvətini Retkliflə Moskvada keçirilən görüş zamanı aldığını bildirib.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Retklifin Moskvaya səfərinin Rusiya və ABŞ kəşfiyyat xidmətləri arasında əlaqə kanallarının qurulması istiqamətində aparılan işlərin davamı olduğunu açıqlamışdı.