BAKI, 7 sentyabr. TELEQRAF
“Hörmüz boğazının Oman sahillərindən keçmək də təhlükəsiz deyil”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri komandirinin müavini Əli Məhəmmədi deyib.
SEPAH rəsmisi Oman sahillərindən keçən gəmilərin də İran ordusunun “legitim hədəflər”i olacağı barədə xəbərdarlıq edib.
“Gecədən səhərədək Hörmüz boğazının cənubundakı “Amerika dəhlizi”ndən təhlükəsiz keçmək faktiki olaraq mümkün deyil. Bu dəhlizə daxil olan istənilən gəmi Omanın Xəsəb bölgəsinə çatdıqdan sonra zərbəyə məruz qalmaq təhlükəsindən sığortalanmayacaq”, - o vurğulayıb.
Əli Məhəmmədi qeyd edib ki, Xəsəb limanından keçmək “qanunu pozan gəmilər” üçün təhlükəsiz marşrutun sonu və İranın istənilən “qayda pozuntusu”na qarşı addımının başlanğıc nöqtəsi hesab edilə bilər.