BAKI, 9 sentyabr. TELEQRAF

“ABŞ Silahlı Qüvvələrinin İranın körfəzdəki gəmilərinə növbəti zərbələri gərginliyin yeni mərhələyə keçməsinə səbəb olub və təkcə regionun deyil, bütün dünyanın təhlükəsizliyini təhdid edir”.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“ABŞ-nin İranın ticarət gəmilərinə qarşı aqressiv addımları təkcə regionda gərginliyin təhlükəli şəkildə eskalasiyasını ifadə etmir, həm də regional və beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdiddir”, - bəyanatda deyilib.

İran XİN əlavə edib ki, silahlı qüvvələr ABŞ-nin istənilən təcavüzünə qətiyyətlə cavab verəcək.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bundan əvvəl beş İran tankerinin məhv edildiyini açıqlayıb. İran buna cavab olaraq ABŞ-nin İordaniyadakı iki hərbi bazasına raket zərbələri endirib.