BAKI, 9 sentyabr. TELEQRAF

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri “Ənsarallah” Hərəkatının (husilər) Yəmənin qərbində yerləşən dörd vilayətdəki mövqelərinə 32 hava zərbəsi endirib.

Teleqraf xəbər verir ki, bu barədə “Ənsarallah”ın mətbuat xidməti məlumat yayıb.

Hava zərbələri Əl-Cauf, Mərib, Əl-Xudeyda və Taiz vilayətlərinə endirilib. Dağıntılar və tələfat barədə məlumat verilməyib.

Xatırladaq ki, sentyabrın 8-də husilərin Səudiyyə Ərəbistanının şəhərlərinə hücumu nəticəsində 73 nəfər yaralanıb. Abha, Xamis-Muşayt, Cizan və Nəcran şəhərlərində mülki və iqtisadi obyektlərə hücum edilib.