BAKI, 7 sentyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının Cizan şəhərində “Aramco” neft emalı zavodu hava hücumuna məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Hücumun zamanı dəyən zərərin miqyası dəqiqləşdirilir.
Qeyd edilib ki, son hücum ötən ay baş vermiş hücumla oxşar miqyasda olub. Həmin hücum Cizandakı “Aramco” neft emalı zavodunun istehsalını müvəqqəti olaraq pozmuşdu.