BAKI, 10 sentyabr. TELEQRAF
ABŞ İrana, o cümlədən ölkənin neft tankerlərinə daha çox zərbə endirəcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə danışan Tramp ABŞ-İran qarşıdurmasını şərh edib.
“Hücumları biz həyata keçiririk. Onların doqquz gəmisini məhv etmişik. Deyərdim ki, hücum edən bizik. Siz bundan daha çoxunu görəcəksiniz. Təxminən doqquz tankerini məhv etmişik”, - Tramp bildirib.
ABŞ lideri mümkün yeni zərbələrlə bağlı əlavə təfərrüat açıqlamayıb.
Bundan əvvəl Pentaqon rəhbəri Pit Heqset İranın Yaxın Şərqdəki ABŞ hərbi gəmilərinə hücum edəcəyi təqdirdə Amerika Silahlı Qüvvələrinin İran tankerlərinə zərbələr endirəcəyini bildirmişdi.