BAKI, 9 sentyabr. TELEQRAF
Yəmən Silahlı Qüvvələri Mərib vilayətinin şimal və cənub sektorlarında bir neçə mövqeni husilərdən geri alıb.
Teleqraf xəbər verir ki, Yəmən ordusu Taiz vilayətinin qərbində (Əl-Kədha) də husilərə qarşı hərbi əməliyyata başlayıb.
Əməliyyat zamanı yeni mövqelər və kəndlərə nəzarət ələ keçirilib. Bölgədə şiddətli döyüşlər gedir, husilərin mövqeləri, toplanış məntəqələri və ehtiyat qüvvələrinə artilleriya və aviasiya zərbələri endirilib.
Dali vilayətinin Mərib rayonunda husilərin mövqelərinə əks-hücum təşkil olunub. Məribin qərbindəki Heylan dağlarına da silsilə hava zərbələri endirilib.
Əl-Beyda vilayətində də strateji mövqelərə nəzarət ələ keçirilib.