BAKI, 10 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələri ilə ticarət və işgüzar əlaqələrə qadağa tətbiq etməsinin səbəblərini araşdıracağını bildirib.
Teleqraf xəbər verir ki, Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında məsələyə İsraillə yanaşı, Britaniya tərəfi ilə də aydınlıq gətirəcəyini deyib.
“Mən İsraillə danışacağam, onlarla da danışıb bu qərarı verərkən nəyi əsas götürdüklərini öyrənəcəyəm. Nə baş verdiyini yaxşı anlayıram, amma bunun niyə birdən-birə baş verdiyini aydınlaşdırmaq istəyirəm”, - ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend ölkəsinin İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrindən məhsul idxalına qadağa qoyduğunu açıqlayıb. İsrail Xarici İşlər Nazirliyi isə buna cavab olaraq Britaniyaya qarşı bir sıra tədbirlər, o cümlədən Qüdsdəki Britaniya konsulluğunun bağlanmasını nəzərdən keçirdiyini bildirib.
Fransanın xarici işlər naziri Jan-Noel Barro da Parisin həmin yaşayış məntəqələri ilə ticarət əlaqələrini dayandırmaq niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, bir sıra digər Qərb ölkələrinin də bu təşəbbüsə qoşulması gözlənilir.