BAKI, 8 sentyabr. TELEQRAF

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Yəmənin Mərib əyalətinin Əl-Cubə rayonuna dörd hava zərbəsi endirib.

Teleqraf xəbər verir ki, bu barədə Yəmənin üsyançı “Ənsarallah” hərəkatının (husilər) “Al Masirah” telekanalı məlumat yayıb.

Mümkün itkilər barədə məlumat verilməyib.

Sentyabrın 8-də husilərin Səudiyyə Ərəbistanının şəhərlərinə hücumu nəticəsində 73 mülki insan yaralanıb. Hücum Abha, Xamis-Muşayt, Cizan və Nəcran şəhərlərində mülki və iqtisadi obyektlərə edilib.