BAKI, 8 sentyabr. TELEQRAF
İran Hörmüz boğazı üzərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir ədəd pilotsuz uçan aparatı (PUA) məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
PUA-nın İran ordusunun cənub-şərq hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu bildirilib.