BAKI, 10 sentyabr. TELEQRAF
"Apple" şirkəti "Apple Watch Series 12" və "Apple Watch Ultra 4" ağıllı saatlarını təqdim edib.
Teleqraf xəbər verir ki, yeni "Apple Watch" modellərində fon rejimində dinləmə vasitəsilə söhbətlərin qısa xülasələrini hazırlayan Siri Recap funksiyası da əlçatandır. "Apple Watch Series" 12-nin qiyməti 399 dollardan, "Apple Watch Ultra" 4-ün qiyməti isə 799 dollardan başlayır.