BAKI, 10 sentyabr. TELEQRAF
İranın cənubunda yerləşən Sirik şəhəri hücuma məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Hücumun təfərrüatları və mümkün nəticələri barədə hələlik məlumat verilməyib.
Bundan əvvəl Fars agentliyi Qeşm adası yaxınlığında, eləcə də Minab və Sirik şəhərləri ətrafında partlayış səslərinin eşidildiyini bildirmişdi.