BAKI, 14 iyun. TELEQRAF

Prezident Donald Tramp İrana hələ də sülh üçün imkanların mövcud olduğunu göstərən mesajlar göndərməkdə davam edir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib.

Nazir əlavə edib ki, ABŞ regionda gərginliyin artmasının qarşısını almaq məqsədilə İranın danışıqlar yolunu seçəcəyinə ümid edir.