BAKI, 28 fevral. TELEQRAF

Nəsimi rayonu, 20 Yanvar küçəsi 32 ünvanında D76 mm-lik qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması və qaz xəttinin PE63 mm-lik polietilen qaz xətti ilə əvəz olunması səbəbindən 28.02.2025-ci il tarixdə saat 14:00-dan etibarən qaz təchizatı dayandırılıb.

Bu barədə Teleqraf-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Təmir-bərpa işləri hazırda davam edir.