
BAKI, 28 fevral. TELEQRAF
“Mücrü” Nəşriyyatının direktoru, Yazıçı-naşir Müşfiq Feyziyevin (Müşfiq Xan) övladının tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib.
Qeyd edilib ki, axtarış elan olunub, yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.
***
19:07
BAKI, 28 fevral. TELEQRAF
“Mücrü” Nəşriyyatının direktoru, yazıçı-naşir Müşfiq Feyziyevin (Müşfiq Xan) oğlu itkin düşüb.
Teleqraf xəbər verir ki, o, bu barədə özünün feysbuk səhifəsində paylaşım edib.
"Oğlum Füzuli Fərziyevi axtarıram. Bu gün 16:15 radələrində metronun Avtovağzal stansiyasında olub. Sonra hara getdiyi haqqına məlumatımız yoxdur. Üstündə telefon yoxdur. Görənlərdən xahiş edirəm məlumat versinlər", - deyə qeyd edib.