
BAKI, 28 fevral. TELEQRAF
ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyasında (NOAA) yüzlərlə əməkdaş işdən çıxarılıb.
Teleqraf xəbər verir ki, təxminən 880 işçi, o cümlədən meteoroloqlar işlərini itirib.
Qeyd edək ki, ixtisarlar hökumət xərclərini azaltmaq məqsədilə maliyyə kəsintiləri və işdən çıxarmalar həyata keçirən "Hökumət Səmərəliliyi Departamenti"nin (DOGE) rəhbəri İlon Maskın təşəbbüsləri fonunda baş verib.
NOAA-nın rəsmi saytına əsasən, ixtisarlardan əvvəl agentlik dünya üzrə 12,000-dən çox əməkdaşa malik olub ki, onlardan 6,773-ü alim və mühəndislərdən ibarətdir.