
BAKI, 27 fevral. TELEQRAF
PKK terror təşkilatının Suriyadakı siyasi qanadı PYD-nin sədri Saleh Müslüm Abdullah Öcalanın bugünkü çağırışı ilə razılaşdıqlarını açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu kontekstdə bir sıra məqamlara da diqqət çəkib.
Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” televiziyasına danışan Müslüm deyib:
“Bizə siyasi olaraq işləmək icazəsi verilsə, silaha ehtiyacımız olmayacaq. Əgər silah daşımaq səbəbləri aradan qaldırılsa, onlardan imtina edəcəyik”.
Xatırladaq ki, PKK terror təşkilatının lideri bundan əvvəl rəhbərlik etdiyi təşkilatı silahı yerə qoymağa, silahlı mübarizəni dayandırmağa və özünü buraxmağa çağırıb.