BAKI, 28 fevral. TELEQRAF

Münaqişə həll olunsa və Ukrayna tərəfi sülhməramlı missiya tələb etsə belə, Polşa sülhməramlılarını bu ölkəyə göndərməyəcək.

Teleqraf xəbər verir ki, Yaponiyada səfərdə olan Polşanın xarici işlər naziri Radoslav Sikorski bu barədə Yaponiya ictimai televiziyasına ( NHK ) müsahibəsində bildirib.

"Bizim üçün ən vacib vəzifə Rusiya və Belarusla sərhədləri qorumaqdır. Polşa Ukraynaya hərbi personal göndərmək istəyən ölkələr üçün maddi-texniki dəstək bazası olmaqda davam edəcək. Varşava hətta bu məqsədlər üçün xüsusilə aerodromlar və dəmir yolu infrastrukturu təşkil edəcək.

O həmçinin Ukraynada atəşkəslə bağlı danışıqların bəzilərinin düşündüyündən qat-qat çətin olacağını da ifadə edib.