BAKI, 27 fevral. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Fələstinin Fəth Partiyasının baş katibi Cibril Rəcubu qəbul edib.

Teleqraf xəbər verir ki, nazir görüşdə bütün Fələstin qruplarını gecikmədən bir araya gəlməyə və razılaşmağa çağırıb.

Həmçinin Hakan Fidan qeyd edib ki, bu prosesə Fələstin Prezidenti Mahmud Abbas rəhbərlik etməlidir.

Türkiyə xarici işlər naziri vurğulayıb ki, bütün fələstinlilər İsrailə qarşı birlik içində hərəkət etməlidirlər.