BAKI, 28 fevral. TELEQRAF
Fransanın Hind okeanında yerləşən Reunion adası dağıdıcı "Garance" siklonuna məruz qalıb.
Teleqraf "Reuters"ə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində xeyli yerli sakin ağır xəsarət alıb.
Küləyin maksimal sürəti saniyədə 43 metrə çatıb. Bir nəfər itkin düşüb, daha iki nəfər isə itkin düşənlər siyahısındadır.
Yaşayış binalarına ciddi ziyan dəyib, 180 min evin elektrik enerjisi kəsilib.
Əlverişsiz hava şəraitinin şənbə gününün sonunadək - martın 1-dək davam edəcəyi gözlənilir.