
BAKI, 27 fevral. TELEQRAF
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov İranda Məsud Pezeşkianla görüş zamanı ona ABŞ Prezidenti Donald Trampla görüşməyi təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə Küveytin "Əl Cəridə" qəzeti məlumat yayıb.
"Lavrov İrana Almaniya, Britaniya və Fransa ilə danışıqlardan imtina edərək Rusiya vasitəçiliyi ilə ABŞ-la birbaşa danışıqlar aparmağı tövsiyə edib",- qəzet yazıb.
İranın Xarici işlər naziri Abbas Əraqçının heç bir şərt sürmədən danışıqların baş tuta biləcəyi barədə bəyanatı Lavrovun təklifinə cavab kimi qiymətləndirilir.