
BAKI, 28 fevral. TELEQRAF
BMT ABŞ-nin təşkilata dəstəyinin azalması səbəbindən Ukraynanın bəzi regionlarına maliyyə yardımını dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş açıqlama yayıb.
"Ukraynada 2024-cü ildə 1 milyon insana çatacaq humanitar yardımın əsas elementi olan nağd pul proqramları əsas regionlarda dayandırılıb", - baş katib bildirib.
Quterre., həmçinin ABŞ-nin təşkilatı maliyyələşdirməsini azaltmasından narahat olduğunu bildirib.