
BAKI, 26 fevral. TELEQRAF
Avropalılar Suriyaya qarşı sanksiyaların yumşaldılması üçün şərt kimi Rusiyanın bu ölkədən qovulmasını təklif ediblər.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Avropalıların sanksiya rejiminin yumşaldılması ilə bağlı (Dəməşqə) tələbləri Rusiyanın Suriya Ərəb Respublikasından çıxarılmasını nəzərdə tutur. Bu, son dövrlərdə Avropanı fərqləndirən “mentalitet”dir: ya bizimləsən, ya da bizə qarşısan”, - nazir bildirib.