BAKI, 27 fevral. TELEQRAF

Qəzza zolağı HƏMAS-ın nəzarətində olmayacaq, bu, mümkün deyil.

Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Katz deyib.

“HƏMAS nə mülki, nə də hərbi baxımdan Qəzzaya nəzarət edə biləcək. Bu, baş verməyəcək, ola bilməz”, - nazir vurğulayıb.

Katz ABŞ Prezidenti Donald Trampın fələstinlilərin Qəzzadan köçürülməsi planı ilə bağlı söyləyib:

“Qəzzanı tərk etmək istəyənlərə Aşdod dəniz və ya Ramon hava limanları vasitəsilə bunu etməyə imkan yaratmaq üçün könüllü miqrasiya qurumunun yaradılmasını sürətləndirirəm”.