
BAKI, 28 fevral. TELEQRAF
İstanbul Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu PKK/KCK-nın gənclik strukturunda fəaliyyət göstərdikləri səbəbi ilə nəzarətə alınan 15 şübhəlini həbs edib.
Teleqraf Türkiyə mətbuatına istinadla xəbər verir ki, şübhəlilər sağlamlıq yoxlamalarının ardından Çağlayandakı İstanbul Ədliyyəsinə sövq ediliblər.
Onlar prokuroluğa ifadə verdikdən sonra dərhal həbs olunublar.