.jpg)
BAKI, 28 fevral. TELEQRAF
Bu gün saat 18:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabranda qar yağır.
Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq qərb küləyinin sürəti Laçında 19 m/s, Zəngilanda 18 m/s, Kəlbəcərdə 17 m/s, Şirvanda 15 m/s-yə çatıb.
Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 7, Naxçıvanda 5 dərəcəyədək isti, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.